Havay adalarında ikimotorlu təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.
SİA-nın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarə məşq xarakterli uçuşlar həyata keçirirmiş. Əvvəlcə, təyyarədə 3 müştərinin və paraşüt mərkəzinin 6 əməkdaşının həlak olduğu bildirilsə də sonradan ölən müştərilərin sayı artıb.
Qeyd edək ki, qəza Havay adalarında mülki təyyarələrlə bağlı baş vermiş qəzaların içərisində ən böyüklərdən sayılır.
11 nəfərin həlak olduğu buna bənzər insident sonuncu dəfə 38 il bundan öncə - 1981-ci ildə yaşanmışdı. Həmin zaman “Beechcraft” markalı ikimotorlu təyyarə Perl-Harbor limanında qəzaya uğramışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB