Pakistanda baş verən uçqun nəticəsində 5 nəfər ölüb

Pakistanda baş verən uçqun nəticəsində 5 nəfər ölüb

Pakistanın şimalında yerləşən Qilqit-Baltistan vilayətində fərdi yaşayış evlərindən birində uçqun baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, vilayətin Skardu yaşayış məntəqəsində qeydə alınmış hadisə nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Tikilinin dam örtüyünün çökməsinə güclü külək və aramsız yağan yağışların səbəb olduğu ehtimal edilir. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə