“Aeroflot” Gürcüstana uçuşları dayandırır

“Aeroflot” Gürcüstana uçuşları dayandırır

Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” 8 iyuldan Gürcüstana uçuşları dayandırır. SİA-nın verdiyi məlumata görə, bu barədə məlumat aviaşirkətin saytında dərc olunub.

Bildirilib ki, iyulun 8-də və sonrakı tarixdə Rusiyaya biletləri olan sərnişinlər əlavə xərc ödəmədən səfərin tarixini irəli çəkə, həmçinin biletlərin tam xərcini geri qaytarmaqla uçuşla bağlı müqaviləni ləğv edə bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə