Filippində güclü yanğın 1000-dən çox ailəni evsiz qoyub

Filippində güclü yanğın 1000-dən çox ailəni evsiz qoyub

Filippinin şimalında yerləşən Keson-siti şəhərində güclü yanğın baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, şəhərin yaşayış məntəqələrindən birində qeydə alınmış hadisədə 100 yaşayış evinin tamamilə yandığı bildirilir. İlkin məlumata görə, 1000-dən çox insan yaşayış yerini itirib.

 

Ölən və xəsarət alanların olması və yanğının başvermə səbəbi barədə məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə