Türkiyə və İran XİN rəhbərləri arasında görüş keçirilib

Türkiyə və İran XİN rəhbərləri arasında görüş keçirilib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Məhəmməd Cavad Zərif ilə görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, XİN rəhbərləri arasında geniş formatda görüş keçirilib.

Daha sonra tərəflər təkbətək görüşüblər. Görüşün yekunları üzrə M.Çavuşoğlu və C.Zərif regional və beynəlxalq sahədə əməkdaşlığı genişləndirmək üzrə məsləhətləşmələr Planı imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə