Ermənilər Gürcüstan parlamentindən qaçıblar?

"Gürcüstan parlamentində rus deputatla bağlı insidentdən sonra Ermənistanın Parlamentlərarası Pravoslavlıq Assambleyasındakı nümayəndə heyəti iclas zalını tərk edib."

Bu sözləri öz Feysbuk səhifəsində Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın bu assambleyadakı nümayəndə heyətinin rəhbəri Alen Simonyan paylaşıb.

“Bizim nümayəndə heyəti Gürcüstan parlamentini tam heyətdə tərk etdi. Situasiya elə də normal deyildi. Bir tərəfdə bizim müttəfiqlərimiz, digər tərəfdə qardaş xalq vardı. Biz iki od arasında qalmışdıq və zalı tərk etmək qərarına gəldik. Tezliklə, Ermənistana qayıdacağıq”, - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə