Yaponiyanın şimal-qərbində güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb. SİA NHK telekanalına istinadla xəbər verir ki, Yamaqata prefekturasında iyunun 18-də 22:22 dəqiqədə baş verən 6,7 bal gücündə yeraltı təkanlar ətrafdakı 13 prefekturada da hiss olunub.
Zəlzələnin təkanları yeddi ballıq yapon seysmoloji cədvəlinə əsasən Yamaqata prefekturasında 6 baldan yuxarı, Niiqata da isə 6 bal gücündə olub. Sahil ərazilərdə 10 santimetr hündürlükdə sunami qeydə alınıb.
Zəlzələdən ötən 12 saat ərzində həmin rayonda daha 18 afterşok baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB