“Wikileaks”: “Ermənistanda işsizlik ucbatından ailələr 11-12 yaşlı qızlarını Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə yollayırlar” - FAKT
"Wikileaks" saytında Ermənistanla bağlı etik normalardan kənar yeni sənədlər dərc olunub. SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, sənədlərdə amerikalı diplomatlar Ermənistanda fahişəlik "sənəti"nin cavanlaşdığını bildirblər. Saytda dərc edilən sənədlərə görə, Amerikanın Ermənistandakı keçmiş səfiri Con Evans bildirib ki, cinsi istismara məruz qalan qızların yaş həddi artıq 11-12 yaşa çatıb: "İşsizlik ucbatında daha çox ailələr yetkinlik yaşına çatmayan qızlarını pul qazanmaq üçün Türkiyəyə və Birləşmiş Ərəb Əmirliyinə yollayırlar. Lakin ölkə hakimiyyəti insan ticarətində heç bir problem görmür. Ermənistanın baş prokuroru diplomatlar tərəfindən dindirilən fahişələrin yalan danışdıqlarını deyir".
"Wikileaks"in dərc etdiyi sənədlərə görə, Ermənistanın Vandazor şəhəri üçün yetkinlik yaşına çatmayanların alveri daha ciddi problemdir. Belə ki, bu peşə ilə məşğul olmaq üçün Türkiyəyə yola düşən Vandazor qadınları bu işlə bilərəkdən məşğul olurlar: "Ermənistana gələnlərin çoxu paytaxt İrəvanı, onun meydanlarını, "Hammer" və "BMW X5"ləri görür, ölkə iqtisadiyyatının yaxşı olduğunu düşünürlər. Ancaq bu ölkəni yaxşı tanıyan həm əcnəbilər, həm ermənilər bilirlər ki, Ermənistan nə baş verir", - məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB