Ermənistan Mərkəzi Bankı: “Bu il ölkədə görünməmiş bahalaşma olacaq” - MÖVQE
Ermənistan Mərkəzi Bankı bu ilin ilk 6 ayında ölkə ərazisində qiymət artımının davam edəcəyini açıqlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan Mərkəzi Bankı bu ilin ilk rübündə inflyasiyanın 10, ikinci rübdə isə 9,5 faiz təşkil edəcəyini deyib: "Bu ilin ilk rübündə qiymət artımı ötən ilin anoloji dövrü ilə müqayisədə 10 faiz çox olacaq".
Mərkəzi Bankın nümayəndəsi Artur Stepanyan gözlənilən inflyasiyanı ötən il kənd təsərrüfatı məhsullarının qiymətindəki "Görünməmiş artımi" və dünya bazarlarında əsas ərzaq məhsulları və xammalın qiymətinin artması ilə əsaslandırıb.
Eyni zamanda Stepanyan bildirib ki, ölkədə enerji daşıyıcılarının qiymət artımı baş verərsə, inflyasiya bütün bunların fonunda daha da yüksələcək: "Aprelin 1-nə qazın qiyməti rəsmən artırılsa biz bu il üçün olan proqnozumuzu dəyişməli olacağıq. Bu zaman inflyasiya ilə bağlı səhifəmizdə daha böyük rəqəmləri görəcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB