Yunanıstan sahilləri mazut içində

Yunanıstan sahilləri mazut içində

İonik dənizi sahillərində gəmi qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Böyük Britaniyaya məxsus "Ropax 2" adlı yük gəmisi Yunanıstana məxsus Astakos limanında yanalma körpüsünə çırpılıb. Qəza nəticəsində insanlar arasında xəsarət alan olmayıb, lakin gəminin çənlərindən birinin zədələnməsi dənizə mazut sızmasına səbəb olub.

 

Hadisə zamanı gəmidə, ümumilikdə 31 nəfərin olduğu bildirilir. Çirklənmənin miqyası dəqiq təyin olunmayıb. Hazırda qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə