ABŞ-da dəmiryol qəzası baş verib

ABŞ-da dəmiryol qəzası baş verib

ABŞ-ın Ohayo ştatında dəmiryol qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Arkadiya şəhəri yaxınlığında içərisində etil spirti olan yük qatarının 64 sisternindən azı 28-i aşıb. Nəticədə, yanğın baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə ərazisində yerləşən təxminən 20 yaşayış evinin sakinləri təxliyyə olunub. Xəsarət alanlar və tələfat barədə məlumat verilmir.

 

Hazırda yanğın davam edir. Mənbəyə əsasən yanğınsöndürənlər alovun qarşısının alınması üçün iş aparmır. Belə ki, spirtin tamamilə yanması məqsədəuyğun hesab olunur. Yanğının hələ 2 sutka davam edəcəyi bildirilir. Qəzanın başvermə səbəbləri məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə