Sudan referendumunda 98,83 faiz “bəli”

Sudan referendumunda 98,83 faiz “bəli”

Sudanın cənubunda keçirilən müstəqillik referendumunun son nəticələri açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səsvermə hüququndan istifadə edənlərin 98,83 faizi müstəqilliyin lehinə səs verib. Bununla da Sudanın cənubu dünyanın ən gənc ölkəsi olub.

 

Qeyd edək ki, şimal və cənub arasında 1983-2005-ci illərdəki müharibə 2 milyondan çox adamın həyatına son qoyub. 2005-ci ildə tərəflərin əldə etdiyi razılaşmada cənubda referendumun keçirilməsi müddəası əksini tapmışdı. Müstəqillik əldə etməsinə baxmayaraq, yeni ölkə iqtisadi baxımdan hələ bir neçə il də şimaldan asılı olacaq. Belə ki, cənub zəngin neft ehtiyatlarına sahib olmasına baxmayaraq, nefti dünya bazarına ixrac edən boru kəmərləri şimalın ərazisindən keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə