Almaniyada məscidə qarşı hörmətsizlik

Almaniyada məscidə qarşı hörmətsizlik

Almaniyanın Kamen şəhərində (Şimali Reyn-Vestfaliya) Eyüp Sultan məscidinə qarşı hörmətsizlik edilib. SİA-nın verdiyi məlumata görə, naməlum şəxslər məscid divarlarına "Rədd olun" və bu tip başqa təhqiramiz ifadələr yazıblar.

Eyüp Sultan məscidindəki dini icmanın rəhbəri Mustafa Kese "Anadolu" xəbər agentliyinə açıqlamasında bildirib ki, duvardakı yazılar bu gün aşkar edilib.

"Polis araşdırma aparır. Ümid edirik ki, təcavüzkarlar tezliklə saxlanılarlar", Kese deyib.

Bu, son iki gün ərzində Almaniyada baş verən üçüncü belə hadisədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə