Brüsseldə polis məntəqəsi qarət edildi!

Brüsselin Dü-Qublon küçəsindəki (Dansert rayonu) polis məntəqəsi qarət edilib. Oğrular asayiş keşikçilərinin bir neçə dəst formasını, əl qandalları və zirehli jiletlər aparıblar. Bu barədə Brüssel Prokurorluğu məlumat verib. Polis məntəqəsinin fasiləsiz işləməsinə baxmayaraq, oğrular daha fərasətli çıxıblar. Polis nümayəndəsi bildirib ki, onlar anbara kanalizasiya lyukundan daxil olublar. Əməkdaşlar oğurluq faktını anbara girəndə aşkar ediblər.

Bu insident çox ciddi hadisə sayılır, çünki polis uniformaları daha ciddi cinayətlərdə istifadə oluna bilər.

Polis ittifaqının mətbuat katibi Nikola Bekkers soyğunun əyləncə xatirinə törədildiyini də istisna etməyib. Onun fikrincə, oğrular karnavala polis forması geyinmək istəyiblər. O deyib: “Bu ciddi hadisədir. Ümidvaram ki, soyğunçular tezliklə yaxalanacaqlar”. Oğrular anbardan polis formaları ilə bərabər, döş nişanları, əl qandalları və zirehli jiletlər aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə