Malidə silahlıların hücumu nəticəsində 100-ə yaxın insan həlak olub
Malinin mərkəzi hissəsində naməlum silahlıların hücumu nəticəsində təxminən 95 nəfər həlak olub.
SİA “France 24” telekanalına istinadən xəbər verir ki, insident nəticəsində, həmçinin 19 nəfər itkin düşüb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, silahlı qruplaşma əvvəlcə Sobaleku məntəqəsində evləri yandırıb, sonra isə alovdan qurtularaq xilas olmağa çalışan sakinləri atəşə tutub.
Hadisə iyunun 9-da axşam saatlarında baş verib. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB