Türkiyə İslandiyaya etiraz notası göndərdi

Türkiyə İslandiyaya etiraz notası göndərdi

Türkiyə, Avro-2020 seçmə matçına gələn türk milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı hörmətsizliyə görə İslandiyaya etiraz notası göndərib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ankara, dövlət səlahiyyətlilərindən Türkiyə milli komandasının qorunması üçün əlavə təhlükəsizlik tədbirləri görməsini tələb edib.

İslandiya hökumətinə Oslodakı Türkiyə səfirliyi vasitəsilə etiraz notası göndərilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə