Çində mədən uçub ölənlər var

Çində mədən uçub ölənlər var

Çinin Silin əyalətində kömür mədəninin uçması nəticəsində azı 9 nəfər həlak olub, on nəfər isə yaralanıb. Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" məlumat verib. Məlumata əsasən, dağıntı saat 20:00-da baş verib və 2.3 bal gücündə zəlzələnin baş verməsinə səbəb olub. SİA RT-yə istinadən xəbər verir ki, hadisə qurbanları xəstəxanaya yerləşdirilib.

Hadisənin bütün təfərrüatları araşdırılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə