Moldova prezidentinin səlahiyyətləri dondurulub, parlament buraxılıb
Moldovanın Konstitusiya məhkəməsi prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Pavel Filipə verib.
SİA-nın "RİA Novosti"yə istinadən məlumatına görə, bu qərar parlamenti istefaya göndərmək və növbədənkənar seçkilər təyin etmək məqsədi ilə qəbul edilib.
Bildirilir ki, ölkə prezidentinin parlamenti istefaya göndərmək istəməməsi konstitusiya öhdəliklərinə əməl etməməsi kimi qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB