ABŞ Türkiyəyə çağırış edib

ABŞ Türkiyəyə çağırış edib

Pentaqonun rəhbəri vəzifəni icra edən Patrik Şanahan, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akara məktub göndərib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Mesajda Türkiyə və ABŞ-ın müdafiə və təhlükəsizliyi məsələlərinə toxunulub.

Məktubda iki ölkə arasında strateji tərəfdaşlıq və hərtərəfli təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində mövcud olan problemləri həll edəcəyinə ümid ifadə edilir.

Bundan əlavə Pentaqonun rəhbəri ​​Türkiyə ilə ABŞ arasındakı müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə