Pakistanın şimal-qərbindəki Xayber-Pahtunxva əyalətində partlayış törədilib. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində azı dörd hərbçi həlak olub. Daha dörd hərbçinin yaralandığı bildirilir. Qeyd olunur ki, terrorçular kustar üsulla hazırlanmış bomba vasitəsilə hərbçiləri aparan avtomobili partladıblar.
Ümumiyyətlə, son bir ay ərzində hərbçilərə qarşı həyata keçirilmiş hücumlar nəticəsində 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB