Rusiya Türkiyəyə S-400-ü tədarük edəcək

Rusiya Türkiyəyə S-400-ü tədarük edəcək

Rusiya iki ay sonra anti-raket sistemləri S-400-ün Türkiyəyə tədarükünə başlayacaq. SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın "NTV" telekanalına Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı "Rostek" korporasiyasının rəhbəri Sergey Çemezov açıqlayıb.

"Hər şey yolundadır. Mən düşünürəm ki, iki ay sonra tədarükə başlayacağıq. Əvvəlcədən ödənişlər edilib, kredit verilib. Pul xərclənib, avadanlıq istehsal edilib. Artıq təlimimizi tamamladıq ", - Çemezov bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə