Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədlərin açılması barədə göstəriş verib. SİA-nın verdiyi məlumata görə, bu barədə o, "Twitter" səhifəsində yazıb.
Bildirilir ki, Taçira ştatında Kolumbiya ilə sərhəd keçidlər bu gündən açılır. Daha sonra Venesuela lideri yazıb: "Biz müstəqilliyimizi və öz müqəddəratını təyin etmək hüququnu qoruyan sülhsevər xalqıq".
Xatırladaq ki, N.Maduro bu ilin fevralında Kolumbiya ilə diplomatik və siyasi əlaqələrin kəsilməsi barədə qərar qəbul edib. Eyni zamanda kolumbiyalı diplomatlara 24 saat ərzində ölkəni tərk etməkl əmri vermişdi.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB