Rusiya prezidenti Vladimir Putinin mühafizəçilərindən biri Çin Xalq Respublikasının sədri Si Tszinpini səhnədə yıxılmaqdan qoruyub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Peterburqda Beynəlxalq İqtisadi Forumun plenar sessiyasında qeydə alınıb.
İki ölkənin liderləri çıxışlarını başa vurduqdan sonra zalı tərk etmək istəyib.Lakin sual vermək istəyən jurnalist və fotoqraflar səhnənin kənarına axışıblar.
Si Tszinpin zaldakılardan bir nəfərin əlini sıxmaq üçün əyilərkən, müvazinətini itirib və büdrəyib. Mühafizəçi cəld tərpənərək onu xilas edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB