Türkiyədə traktor qəzasında ailə faciəsi

Türkiyədə traktor qəzasında ailə faciəsi

Türkiyənin Çorum əyalətinin İskilip bölgəsində traktorun uçuruma yuvarlanması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb

SİA Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, faciə bölgənin İbik kəndində Qalib Karatanın idarə etdiyi traktor uçuruma yuvarlanması zamanı baş verib. Qəzada sürücü ilə yanaşı, həyat yoldaşı Güllü Karatan və övladları Berkay Karatan həyatlarını itiriblər. Sürücünün yaxın qohumu Süleyman Karatan isə ağır yaralanıb.

Hadisə şahidlərinin çağırışından sonra hadisə yerinə polis, səhiyyə və fövqəladə hallar əməkdaşları gəliblər. Fövqəladə Hallar Nazirliyinin əlavə ərazi üzrə ixtisaslaşmış qrupları gəldikdən sonra həlak olanların cəsədləri çıxarılaraq İskilip Dövlət Xəstəxanasının morquna aparılıb. Yaralı şəxs isə təcili tibbi yardım maşını ilə Hitit Universiteti Erol Olçok Tədris və Araşdırma xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə