Hindistanın Uttah Pradeş əyalətində baş vermiş toz fırtınası, yağış və dolu 26 nəfərin həyatını itirməsi, 57 nəfərin isə yaralanması ilə nəticələnib.
Rəsmilər həlak olanların, əsas etibarilə, çökən tikililər, aşan ağaclar, yıxılan divarlar və ildırım vurması nəticəsində həyatlarını itirdiklərini bildiriblər.
Yerli kütləvi informasiya vasitələri 30-dan çox iribuynuzlu heyvanın tələf olduğunu, 16 evin də dağıldığını bildiriblər.
Uttah Pradeş əyalətinin başçısı Yogi Adityanath həyatını itirənlərin ailələrinə maddi yardım, zərər çəkənlərə isə müvafiq dəstək göstərəcəklərini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB