Tereza Mey partiya sədrliyindən istefa verib

Tereza Mey partiya sədrliyindən istefa verib

Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyası liderliyindən istefa verdiyi barədə partiyanın rəhbər komitəsini məlumatlandırıb. RİA “Novosti” bu barədə məlumat yayıb. Xatırladaq ki, T.Mey istefa verəcəyini may ayının sonunda açıqlamışdı.

O, bu addımı təqdim etdiyi yenilənən “Brexit” sazişi layihəsindən narazı qalan partiya üzvlərinin, o cümlədən hökumət nümayəndələrinin təzyiqi ilə atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə