ABŞ Çindən gətirilən məhsullara əlavə rüsumların tətbiqindən vaz keçdi

ABŞ Çindən gətirilən məhsullara əlavə rüsumların tətbiqindən vaz keçdi

ABŞ administrasiyası Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiqini iyunun 15-dək təxirə salıb. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə bildiriş ticarət danışıqlarında ABŞ nümayəndəsinin aparatı tərəfindən elan olunub və Federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər məcmuəsində dərc ediləcək.

Ticarət danışıqlarında ABŞ nümayəndəsi Robert Laythayzerin aparatı Çindən idxal olunan məhsulların rüsumunun 10 faizdən 25 faizə qaldırıldığını xatırladıb. Sonradan Amerika hakimiyyəti iyunun 1-nə qədər idxal ediləcək Çin məhsullarına əlavə rüsumun tətbiq olunmayacağını elan edib. “Hazırkı bildiriş bu müddəti 2019-cu il iyunun 15-dək qədər uzadacaq”, - deyə Laythayzer bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə