Peru hökuməti kütləvi miqrant axını səbəbindən Venesuela ilə viza rejimi tətbiq etmək qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Martin Viskarra deyib.
“Biz təhlükəsiz və düzgün miqrasiya istəyirik. Bu yalnız Venesuela vətəndaşlarının ölkəmizə daxil olduqları zaman daha yaxşı nəzarət olunmalarından asılıdır. Ona görə də, 15 iyundan ölkəyə yalnız pasportları və müvafiq vizaları olan venesuelalılar daxil ola bilərlər”, “El Commercio” nəşri perulu prezidentin sözlərini yazır.
Qeyd olunur ki, qonşu ölkənin vətəndaşları Peruya daxil olmaq üçün respublika konsulluqlarının birindən humanitar viza ala bilərlər. Perunun miqrasiya xidmətindən verilən məlumata görə, böhran zamanı ölkəyə 800 min venesuelalı daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB