FİFA-nın vitse-prezidenti Parisdə saxlanılıb

FİFA-nın vitse-prezidenti Parisdə saxlanılıb

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎nın (FİFA) vitse-prezidenti, Afrika Futbol Konfederasiyasının rəhbəri Əhməd Əhməd Fransanın Paris şəhərində saxlanılıb.

SİA-nın Rusiya idman saytlarına istinadən məlumatına görə, Ə. Əhməd korrupsiya məsələsinə görə dindirilməyə çağrılıb.

Bildirilir ki, vitse-prezidentin saxlanılması konfederasiyanın futbol forması istehsalçıları ilə işbirliyində yol verdiyi bəzi pozuntularla bağlı ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə