Dubayda turistləri daşıyan avtobusun aşması nəticəsində 15 nəfər ölüb
Dubayda turistləri daşıyan Omana məxsus dövlət nömrə nişanı ilə hərəkətdə olan avtobus Şeyx Məhəmməd Bin Zayed yolunda sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
SİA Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, avtobusda olan 31 turistdən 15-i ölüb, 5-i yaralanıb.
Bu barədə Dubay polisi rəsmi Twitter səhifəsində məlumat yayıb.
Sərnişinlərin milliyəti və hadisənin hansı şəraitdə başvermə səbəbləri barədə dəqiq məlumat açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB