Aprelin 3-də Qazaxıstanda prezident seçkiləri keçiriləcək

Aprelin 3-də Qazaxıstanda prezident seçkiləri keçiriləcək
Bu gündən Qazaxıstanda prezident seçkisi üçün namizədlik müddəti başlanıb. SİA-nın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkiləri üçün namizədlik müddətinin bu gün başlandığını açıqlayıb. Mərkəzi Seçki Komissiyası namizədlik müddətinin 20 fevrala qədər davam edəcəyini vurğulayıb. Namizədlərin müraciət üçün lazımlı sənədlərinin qəbulu başa çatdıqdan sonra isə martın 3-də seçki kampaniyaları başlayacaq. Seçki kampaniyası isə aprelin 1-dək davam edəcək.

Qazaxıstan Milli Məclisinin ölkə başçısının vəzifə müddətini 2020-ci ilə qədər uzatmaq üçün referendum keçirilməsi təklifini prezident Nursultan Nazarbayev, həm də konstitusiya komissiyası rədd edib. Nazarbayevin təşəbbüsü ilə alınan "erkən seçki qərarı" ilə prezidentlik seçkisinin aprelin 3-də keçirilməsi qərarlaşdırılıb. Seçkidə 20 ildən çoxdur ki, ölkəni idarə edən respublika başçısı Nazarbayevin asan uğur qazanacağına inanan siyasətçilər referendum müddətində beş milyondan çox vətəndaşın Nazarbayevə dəstək verdiyini xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə