PKK hücumu nəticəsində iki türk əsgəri yaralanıb

PKK terror təşkilatı tərəfindən Suriyanın Hələb şəhərinin Azez bölgəsindəki Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.

SİA-nın “sozcu.com.tr” saytına istinadən verdiyi xəbərə görə, hücum nəticəsində türk ordusunun iki əsgəri yaralanıb. Yaralı əsgərlər bölgədən təxliyə edilərək Öncüpınar sərhəd-keçid məntəqəsindən Kilis dövlət xəstəxanasına yerləşdirilib.

Azez bölgəsindəki əsgərlərə hücum həyata keçirən terrorçuların yerləşdiyi ərazilər Türkiyə ordusu tərəfindən top atəşinə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə