ABŞ-ın Nyu-Meksiko ştatının Rozuell şəhər beynəlxalq aeroportunda partlayış olub.
SİA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan doğan yanğın nəticəsində iki yanğınsöndürən hospitala yerləşdirilib, 10 yanğınsöndrən isə yüngül xəsarətlər alıb.
Ştat polisi öz "Twitter" səhifəsində qeyd edib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıblar.
İlkin ehtimala görə, partlayış fişənglərdən istifadə zamanı yanğınsöndürənlərin apardığı hazırlıq işlərində meydana gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB