Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib
Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib. SİA-nın məlumatına görə, Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər. Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb. Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə