Şalom sərhəd qapısından keçən fələstinlilər çoxlu sayda İsrail tankının Misir sərhədinə toplandığını bildiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrailin bu addımı Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra sərhəd bölgəsinin işğal ediləcəyinin göstəricisi olaraq qiymətləndirilir. İsrailli səlahiyyətlilər də bir neçə gün əvvəl Misirdəki xalq qiyamından sonra yaranacaq situasiyaya uyğun olaraq Misir ilə Fələstin arasındakı sərhədin nəzarət alına biləcəyini açıqlamışdı.
Xəbərdə həmçinin bildirilir ki, İsrail baş naziri Benyamin Netanyahu Misirdən İsrailə qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərhəd divarının təcili olaraq tamamlanması barədə göstəriş verib. Rəsmi Təl-Əviv Qahirə ilə əldə etdiyi razılaşma çərçivəsində Qəzzaya edilən silah nəqlinə maneə olmaq vəzifəsini Misirə tapşırmışdı. İsrail ilə Misir arasında 30 il əvvəl bağlanılan sülh razılaşmasından sonra Misir Sina yarımadasında hərbi qüvvə saxlamır. Sina yarımadasının təhlükəsizliyi Misir təhlükəsizlik gücləri tərəfindən təmin edilir.
Misirdə baş verən xalq qiyamından sonra İsrail sərhəddəki təhlükəsizlik güclərinin geri çəkilməsi şərtilə Misirin Sina yarımadasında hərbi qüvvə yerləşdirməsinə icazə verdi. İsrail mənbələrinə görə, 28 yanvardan sonra Sina yarımadasında yerləşdirilən Misir hərbi qüvvələrinin sayı 800 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB