Ukrayna NATO-ya daxil olmaq üçün bu şərtləri yerinə yetirməlidir

Ukrayna NATO-ya daxil olmaq üçün bu şərtləri yerinə yetirməlidir

“NATO öz qapılarını Ukraynanın üzünə açıq saxlayır, lakin rəsmi Kiyev islahatlar keçirməli və alyansın standartlarına cavab verməlidir”.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bildirib.

Baş katib daha sonra jurnalistlərlə müsahibəsində deyib: “NATO öz liderləri tərəfindən təsdiq olunmuş açıq qapı siyasətinə sadiq olaraq qalır. Həmçinin biz ən vacib və fundamental prinsipə - “hər bir dövlətin öz yolunu seçməsi suveren hüququdur” prinsipinə sadiqik. Bu, Ukraynaya da aiddir. NATO üzvlüyünə cəhd edən dövlətin buna hazır olub-olmadığını həmin dövlətin özü və NATO-dakı müttəfiqlər müəyyən etməlidirlər. Başqa heç bir dövlətin bu prosesə müdaxilə etməyə hüququ yoxdur. İndi Ukrayna üçün ən vacib məqam NATO standartlarına çatmaqdır ki, biz bu sahədə islahatların keçirilməsi, təhlükəsizlik institutlarının modernləşdirilməsi, korrupsiya ilə mübarizə və NATO standartlarına yaxınlaşmaq sahələrində həmin dövlətə kömək edirik. Bu, gələcəkdə təşkilatımıza üzv olmağa yönəlmiş yeganə yoldur”.

Bütün xəbərlər Facebook səhifəmizdə