Tramp İngiltərə kraliçası ilə şam yeməyində görüşüb

Tramp İngiltərə kraliçası ilə şam yeməyində görüşüb

ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Böyük Britaniya kraliçası II Yelizaveta və ailə üzvləri ilə şam yeməyində görüşüb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, tədbirdə İngiltərənin Baş Naziri Tereza Mey, şahzadə Uilyamla xanımı Keyt Middlton, kral ailəsinin digər üzvləri də iştirak ediblər.

Ağ libasda gecəyə qatılan Keyt Middltonun şahzadə Diananın tacını taxması hamının böyük marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə