Baş nazir höküməti istefa ilə hədələdi

Baş nazir höküməti istefa ilə hədələdi

İtaliyanın baş naziri Cuzeppe Konte hökumət növbədənkənar seçkilər məsələsini həll etməyəcəyi təqdirdə istefa verəcəyini bildirib. ANSA agentliyi xəbər verir ki, o bunu müavinləri Matteo Salvini və Luici Di Mayoya müraciətində deyib.

İtaliyanın Nazirlər Kabinetində ölkədə növbədənkənar seçkilərin keçirilməsi və ya hazırkı hökumətin saxlanılması məsələsi müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə