Sudanda ölənlərin sayı 13-ə çatıb

Sudanda ölənlərin sayı 13-ə çatıb

Sudan paytaxtı Xartumda "Hərbi Keçid Şurası"na qarşı təşkil edilən etiraz aksiyalarına atəş açılıb. Ölənlərin sayı 13-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sudanın səhiyyə mənbələri bu gün Xartum aksiyalarında ölənlərin sayının 13-ə çatdığını bildirib.

"Hərbi Keçid Şurası"nın göstərişi ilə, ordu, bir aydır Xartumdakı etiraz aksiyalarının keçirildiyi düşərgəni və ətrafını dağıdıb. Burada yaralananların sayının 100-ü keçdiyi deyilir.

Aksiyaları idarə edən "Azadlıq və Dəyişiklik Qüvvələri" sudanlıları kütləvi etiraza çağırıb.

Bu çağırışa ilk müsbət cavab Sudanın hava yolları şirkətlərindən gəlib. Sudanın hava yolları şirkətlərinin əməkdaşları tətil elan ediblər.

Qeyd edək ki, aprel ayında sabiq prezident Ömər əl-Bəşirin generallar tərəfindən devrilməsindən sonra "Hərbi Keçid Şurası" ölkənin idarəçiliyini 3 il müddətində öhdəsinə götürüb. Aksiyaçılar hakimiyyətin hərbçilərin inhisarında qalmasına etiraz edirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə