Hindistanın Jorxata şəhərində (şimal-şərq Assam əyaləti) Hindistan Hava Qüvvələrinə aid An-32 hərbi təyyarəsi dispetçerlərlə əlaqəni itirib. SİA RİA"Novosti"yə istinadən xəbər verir ki, bu barədə "NDTV" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, təyyarədə 13 nəfər olub. Onların şəxsiyyəti barədə məlumat verilmir. Qeyd edilir ki, təyyarə yerli vaxtla saat 12.25-də havaya qalxıb və Arunaçal Pradeş şəhərinə yola düşüb.
Hindistan Hava Qüvvələri və Aviasiya Nazirliyinin rəsmi nümayəndələri hələ ki hadisə ilə bağlı açıqlama verməyib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB