"New York Times": “Obama rəhbərliyi Misirin yüksək dövlət rəsmiləri ilə Mübarəkin prezidentliyi dövrünə son qoyacaq bir plan üzərində çalışır”
Misirdə etirazlar bütün sürətiylə davam edərkən ABŞ-dan Hüsnü Mübarəkin istefasını təmin edəcək addımlar atılır. SİA-nın "New York Times" qəzetinə istinadən verdiyi xəbərə əsasən, Obama rəhbərliyi Misirin yüksək dövlət rəsmiləri ilə Mübarək dövrünə son qoyacaq bir plan üzərində çalışır. "New York Times" H.Mübarəkin dərhal istefa verməsi mövzusunda ABŞ rəhbərliyinin misirli səlahiyyətlilərlə görüşdüyünü yazıb.
Qəzetdə iki tərəf arasında nəzərdə tutulan planda Misir ordusunun da dəstəyilə Mübarəkin səlahiyyəti prezident yardımçısı Ömər Süleymanın başçılıq edəcəyi keçici bir hökumətə təhvil verməsinin nəzərdə tutulduğu qeyd edilib. Xəbərdə Mübarək hələlik vəzifədən getməsə də, ABŞ və Misir rəhbərliklərinin namizəd bildikləri Ömər Süleyman, baş qərargah rəisi, general-leytenant Sami Enan və müdafiə naziri Marşal Məhəmməd Tantavi tərəfindən dəstəklənərək ölkədə dərhal konstitusiya islahatı müddətinin başladılması istiqamətində görüşmələrini davam etdirdikləri qeyd olunub.
Qəzetdə ABŞ rəhbərliyinin Misirli səlahiyyətlilərlə apardıqları xüsusi danışıqlarda Mübarəkin dərhal istefaya getməsinə çalışsalar da, 30 il hakimiyyətdə oturmuş şəxsin vəzifəsindən asanlıqla əl çəkəcəyi real görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB