İraq məhkəməsi iki Fransa vətəndaşını ölüm hökmünə məhkum edib

İraq məhkəməsi iki Fransa vətəndaşını ölüm hökmünə məhkum edib

İraq məhkəməsi iki nəfər Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.

SİA xəbər verir ki, İŞİD terror qruplaşmasının tərlibində döyüşlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılan fransızların təqsiri sübuta yetirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Fransa vətəndaşları 3 il ərzində İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşlərdə, həmçinin İraq şəhərlərində törədilən dağıntılarda, qanunsuz edam aksiyalarında iştirak ediblər. Məhkəmə zamanı dindirilən şahidlər bu adamları tanıyıb və onların cinayət törətdiklərini təsdiq ediblər.

İraq qanunlarına görə, terrorçuluqla məşğul olan şəxs edam cəzasına məhkum edilməlidir. Fransalılar nəinki terrorçuluqla, eyni zamanda soyğunçuluqla, qarətdə, qətldə, zorlamada və başqa cinayətlərdə ittiham ediliblər. Məhkəmə onların günahını tam sübuta yetirib.

Fransa tərəfi hələlik məsələyə heç bir münasibət bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə