Əfqanıstanda növbəti terror aktı

Əfqanıstanda növbəti terror aktı
Əfqanıstanın Qazni əyalətində növbəti terror aktı törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azı 8 polis əməkdaşı həlak olub, 9-u isə yaralanıb. Bildirilir ki, avtomobili terrorçu-intiharçı idarə edib. O, avtomobili polis əməkdaşları olan əraziyə sürərək partlayıcı qurğunu işə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə