Türkiyə hərbçiləri İraqın şimalında terrorçulara məxsus mağara və sığınacaq aşkarlayıblar
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pençe hərəkatı” antiterror əməliyyatı nəticəsində bölgədəki terrorçu qruplara daha bir ağır zərbə vurulub.
SİA Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, aviasiya zərbələrindən sonra hərbiçilər terrorçulara məxsus 3 mərtəbə və 5 bölmədən ibarət əllə qazılmış mağara, həmçinin 5 sığınacaq aşkarlayıblar. Aşkar edilən yerlərdə terrorçulara məxsus külli miqdarda ləvazimat, silah-sursat ələ keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB