"Adekvad" ictimai təşkilatının üzvləri Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil ediblər. SİA erməni saytlarına istinadla xəbər verir ki, aksiyanın gedişi təşkilatın "Facebook" səhifəsində yayımlanıb.
Etirazçılar İrəvanın və digər 12 şəhərin mərkəzi küçələrinin asfaltında "#SutNikol" (Yalançı Nikol) heşteqi ilə qraffit çəkibllər. Aksiyalarda 80 nəfər iştirak edib, onlardan 29-u saxlanılıb. Saxlanılara qarşı akt tərtib olunduqdan sonra onlar azad ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB