Saakaşvili: “Ukraynada olmadığım müddətdə Kiyevdə heç nə dəyişməyib”
Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili bildirib ki, onun Ukraynada olmadığı müddətdə Kiyevdə, demək olar ki, heç nə dəyişməyib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Vladimir Zelenski mayın 28-də Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.
Odessanın keçmiş qubernatoru bildirib ki, dəyişikliklər olmasa da insanların üzündə inamın olması çox müsbət hal kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, Saakaşvilinin 2013-cü ildə tərk etdiyi Gürcüstanda isə ona qarşı cinayət işi açılıb və hətta o, qiyabi formada həbs cəzasına məhkum edilib.
2015-ci ilin yazında Ukraynanın o zamankı prezidenti Petro Poroşenko Saakaşviliyə vətəndaşlıq verərək onu Odessa vilayətinin qubernatoru təyin etmişdi. Lakin vilayətin iqtisadi göstəricilərinin aşağı düşməsi səbəbindən Ukrayna prezidenti 2016-cı ilin noyabrında onu vəzifəsindən azad etdi.
2017-ci ilin oktyabrında Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. O, Ukrayna məhkəməsinə müraciət etsə də şikayətinə indiyə kimi baxılmayıb.
2018-ci ilin fevralında Ukrayna hökuməti Saakaşvilini Polşaya “sürgün etmişdi”. Sonradan keçmiş qubernator sərhədi qanunsuz yolla keçmək istəyərək Ukraynaya qayıtmaq istəmiş və bu səbəbdən 2021-ci ilə qədər ona Ukraynaya daxil olmaq qadağan edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB