Havay adalarında təhlükəli qurd xəbərdarlığı

Havay adalarında təhlükəli qurd xəbərdarlığı

ABŞ-ın Havay ştatının səhiyyə departamenti turistlərə təhlükəli qurdla bağlı xəbərdarlıq edib. SİA-nın verdiyi məlumata görə, son dövrlərdə bir neçə nəfərdə beyinə daxil olan parazit qurd aşkar edilib.

Qeyd olunur ki, bu cür qurdlar ilbizlərin orqanizmində inkişaf edir. Yoluxmuş ilbizlə qidalandıqda bu, insanda eozinofil meningitə səbəb ola bilər. Bu xəstəliyə yoluxma ilə bağlı say açıqlanmasa da, ildən-ilə artdığı deyilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə