Poroşenkoya qarşı cinayət işi açıldı

Poroşenkoya qarşı cinayət işi açıldı

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı cinayət işi açılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hüquqşünas Andrey Portnov açıqlama verib.

Prezidentə qarşı cinayət işini Dövlət Araşdırma Bürosu başladıb. Poroşenkonun hakimiyyətə zorla ələ keçirilməkdə ittiham olunduğu bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə