İranın Sənəndəc şəhərində keçirilən Qüds günü yürüşlərinə hücum planlayan terror qrupu zərərsizləşdirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Kordestan əyalətinin Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, 3 nəfərdən ibarət qrup zamanında zərəsizləşdirilib. Polis mənbələri əlavə ediblər ki, terror qrupunun məqsədi Qüds günündə nümayişçilərə hücum etmək olub.
Qeyd edək ki, İranın şimal-qərbində yerləşən Kordestan və Kermanşah əyalətləri İraqın şimalından keçən separatçı kürd bölmələrinin ara-sıra terror hücumlarının şahidi olur.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB