Husilər İraq prezidentinə təşəkkür ediblər

Husilər İraq prezidentinə təşəkkür ediblər

Husilər Məkkədəki zirvə toplantısında çıxışına görə İraq prezidenti Bərhəm Salehə təşəkkür ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Yəmən İnqilabının Ali Şurası"nın sədri Məhəmməd Əli əl-Husi İraq prezidentinə təşəkkür edib.

Husi lideri rəsmi twitter səhifəsində İraq dövləti və onun prezidentinə təşəkkürünü bildirib.

Qeyd edək ki, İraq ərəb dövlətlərinin Məkkə zirvə toplantısının yekun bəyanatına etirazını bildirib. Bu yekun bəyanatda əsasən İran və husilər tənqid edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə